63823ac9747a1202211221153
Dünya BU FOTODAN danışır: 1943-cü ildə çəkilib - Sirli məqam isə...

1943-cü ildə çəkilmiş bu foto son günlər sosial mediada ciddi müzakirə mövzusuna çevrilib. Fotodakı sirli adamın kim olması ilə bağlı müzakirələr insanlar arasında fikir ayrılıqlarına səbəb olub.

Fotoda küçədə cib telefonu ilə söhbət edən, təzə paltarlar geyinmiş kişi görünür. Lakin bu şəkil 1940-cı illərdə çəkilibsə, vəziyyət tamamilə dəyişir.

İkinci Dünya müharibəsi fotoşəkillərindən birində tapılan və tapıldığı il üçün çox müasir görünən bir adam araşdırmaçıları hərəkətə keçirib.

Tez bir zamanda sosial mediada yayılan və xarici mətbuatda bir çox qəzetin diqqətini çəkən foto 1943-cü ildə İslandiyanın paytaxtı Reykyavikdə çəkilib.

“The Sun” qəzetinin yazdığına görə, şübhəli şəxs İkinci Dünya müharibəsi zamanı ABŞ əsgərlərinin içərisində gözlədiyi görünür, lakin hərbi forma geyinmir. Əksinə, əynində açıq rəngli plaş olub, əlində cib telefonu varmış kimi əlini qulağına tutub.

Sözügedən şəkil ilk olaraq 2016-cı ildə Kristjan Hoffmann adlı istifadəçi tərəfindən "Facebook"un “Gamlar ljosmyndir” (İsland dilində köhnə şəkillər deməkdir) qrupunda paylaşılıb.

Hoffman bu sözləri işlədib: “Bu gözəl fotoşəkildə gözə çarpan cib telefonu ilə pəncərənin yanında olan adamdır. Bu adam sadəcə telefonla danışmır, orada tək dayanıb, başındakı papağı və boynundakı şərfi digərlərindən fərqlidir. Əlindəki telefonu ilə sanki bu gün kimi görünür”.

Sözügedən foto yenidən gündəmə gələn kimi sürətlə yayılıb. Sosial şəbəkə istifadəçiləri sirli adamın kim olduğu ilə bağlı çoxsaylı iddialar irəli sürüblər.

İstifadəçilərdən biri bu şəxsin Britaniyanın məşhur Dr Who serialının qəhrəmanı olduğunu iddia edib. Başqa bir istifadəçi isə həmin adamın zaman səyahətçisi olduğunu deyib. Başqa bir şərhçi isə bu fotonun “islandiyalıların hər kəsdən çox-çox əvvəl cib telefonu icad etdiklərinin sübutudur” iddiasını ortaya atıb.(teleqraf.com)

26.11.2022 20:50
2284