64adb16a85e42202307234546
Belə kişilər də var: Vəfasız arvadını sevgilisi ilə evləndirdi

Hindistanda bir kənd sakini arvadının xəyanətini üzə çıxarıb və onu sevgilisi ilə evləndirib.

Qlobal.net lent.az-a istinadən bildirir ki, cütlük üç il evli olub və bu müddət ərzində onların iki övladı dünyaya gəlib.

Ailə həyatının əvvəlindən hindli arvadının ona xəyanət etdiyini hiss edib, lakin onu xəyanətdə ittiham etməyə çalışmayıb. Bir dəfə kişi ezamiyyətə gedəndə arvadı axşam saatlarında sevgilisinin yanına gedib. Ancaq evli qadının gizli sevgilisinin valideynləri bundan xəbər tutublar. Onlar sevgililəri zorla saxlayıb və gecəni birlikdə keçirməyə imkan verməyiblər.

Bu hadisənin xəbəri tez bir zamanda kəndə yayılıb və yerli əhalinin narazılığına səbəb olub. Gözlənilənlərin əksinə olaraq, işgüzar səfərdən qayıtdıqdan sonra ər qalmaqal yaratmayıb. Bunun əvəzinə o, qadın və onun sevgilisi üçün nikah mərasimi təşkil etmək qərarına gəlib.

Sevgilinin əvvəlcə evlənməkdən imtina etdiyi, lakin kəndlilərin "fiziki təzyiqindən" sonra təslim olduğu qeyd edilir. Toy yerli kilsədə baş tutub. Burada yerli sakinlər iştirak ediblər.

11.07.2023 23:45
show 1651