Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
Qlobal.net xəbər verir ki, sosial şəbəkələrdə şəhidimizin fotosu yayılıb.
Məhəmməd Qarayevin Qəbələdən olduğu bildirilir.
O, bu gün doğulduğu rayonda dəfn ediləcək.
Allah rəhmət etsin!