Xəbər verdiyimiz kimi, dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib.
Qlobal.net xəbər verir ki, məcburi enişin səbəbi sərnişin Roman Paxomovun qeyri-etik davranışları olub.
Sərnişinlərin sözlərinə görə, Paxomov təyyarəyə daxil olarkən sakit və ayıq olub. Lakin uçuş zamanı özü ilə gizlədiyi spirtli içkini içdikdən sonra aqressivləşib. O, sərnişinləri və ekipaj üzvlərini təhqir etməyə başlayıb. Onu sakitləşdirməyə çalışsalar da bu mümkün olmayıb.
Qeyd edək ki, təyyarə Bakıya eniş etdikdən sonra sərnişin Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
(milli.az)