649696d268fde202306231010
Döyüldüyü deyilən İcra başçısının işdən çıxarılan xanımı DANIŞDI - FOTO

"Mən və yoldaşım haqda yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Qlobal.net xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun həyat yoldaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Nərmin Seyidova deyib.

O, adıçəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:

"İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.

Qeyd edək ki, ötən gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.

24.06.2023 11:09
show 605