63ffa38cdb960202303231212
Dövlət Xidmətindən “Whatsapp” işlədən hər kəsə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib.
Kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər. Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı Whatsapp mobil tətbiqi vasitəsilə 5 qrup və ya 20 nəfərə göndərilməsi tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, belə mesajları heç kəsə göndərməməyi və bu kimi təkliflərlə qarşılaşdıqda şirkətin rəsmi saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.
01.03.2023 23:11
show 826