63a3ff6fba5cd202212225543
Dövlət qurumu bu rayonlarda həyətyanı torpaqları alacaq

“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.

Qlobal.net ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək. 

Sözügdən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40,257 min manat ödəniləcək.

Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.

“Azərsu” ASC “Ölkə.Az”a məlumatı təsdiqləyib. 

22.12.2022 10:55
show 1016