24.03.2021
10:05
225

“Dost axtarıram, maaşını verəcəm...” - Bahardan hər kəsi maraqlandıran TƏKLİF

Loading...

"İşte benim stilim" verilişi ilə məşhurlaşan Bahar Candan izləyicilərini təəccübləndirib.

Sfera.az xəbər verir ki, fenomen yenə öz fikirləri ilə sosial mediada gündəm olub. Belə ki, Candan pul qarşılığında dost axtardığını bildirib.

"Çox yalnızam və sıxılıram. Dost axtarıram, maaşını verəcəm" - , deyə o, şəxsi hesabında paylaşım edib. Bu istək sevənlərinin marağına səbəb olub.

Qeyd edək ki, B.Candan hüquq fakültəsinin tələbəsidir. O, gələcəkdə vəkil olmaq istəyir.

Loading...