6805f91f58c71202504255159

"Dost axtarıram, hər gün 500 manat verəcəm" - Bahar

Türkiyəli fenomen Bahar Candan addımı ilə gündəm olub.


Bahar bu dəfə pul qarşılığında tətil yoldaşı axtardığını deyib. Sosial media hesabından elan verən Candan Dubaya getmək qərarına gəlib.  O, axtardığı səfər yoldaşı üçün şərtlərini bu cür ifadə edib: 


“18-23 yaş, boy 1.70 sm və yuxarı, 56-60 kiloda olan qızlar. 7 ulduzlu otel, mənimlə biznes klas uçmaq imtiyazı. Hər gün üçün 300 dollar (500 manata yaxın) verəcəm, cəmi 6 gün orada qalacağıq. İndi müraciət edin”.


Bahar Candanın gündəlik 5 min lirəlik dostluq postuna kimin müraciət edəcəyi isə maraq mövzusu olub.


Qeyd edək ki, bundan qabaq da fenomen günlüyü 200 dollara rəfiqə axtarırdı.

 

21.01.2025 11:44
show 27