6617d03569e5d202404245741
Dolu düşəcək, çaylardan sel keçəcək - Bu tarixdən hava KƏSKİN PİSLƏŞƏCƏK

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Bu barədə Qlobal.net-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

11.04.2024 15:53
show 1686