Dolları olanlar üçün VACİB AÇIQLAMA: Bu tarixdən sonra...
ABŞ-də keçiriləcək seçkilər fonunda dolların möhkəmlənməsi, eləcə də
manatın məzənnəsi ilə bağlı son dövrlər xeyli müzakirə aparılır.Bu müzakirələr fonunda dolların həm bahalaşacağı, həm də ucuzlaşacağı iddia edilir.
Bu iddialara cavab tapmaq üçün Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramova müraciət etdik.
V.
Bayramov BAKU.WS-ə açıqlamasında bildirdi ki, son bir ildə dolların
səbət valyutalara nisbətən məzənnəsində artımlar müşahidə olunub: “Amma 2024-cü ilin geridə qalan aylarında dolların aparıcı valyutalara nisbətən məzənnəsi praktiki olaraq ciddi dəyişməyib.
Manatın
məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən və neftin dünya
bazarındakı qiymətindən asılıdır. Nəzərə almaq lazımdır ki, hazırda 1
barrel neftin qiyməti 80 dollardır. Bu, xüsusən də neft ölkələri üçün
münasib qiymət hesab olunur.
Amma Azərbaycan üçün məzənnə
rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın
mövqeyindən asılıdır və növbəti dövrlərdə də Mərkəzi Bankın mövqeyi
milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici olaraq
qalacaq.
İqtisadiyyatda müasir çağırışlar, maliyyə stabilliyinin
qorunub saxlanması, Mərkəzi Bankın intervensiya imkanlarının
genişləndirilməsi kimi faktorlar da nəzərə alınır və bu kontekstdə
Mərkəzi Bank həm qlobal regional çağırışları, həm valyuta bazarındakı
mövcud dəyişikləri nəzərə almaqla valyuta bazarına intervensiya
imkanlarını qoruyub saxlayıb.
Bu kontekstdə növbəti dövrlərdə manatın məzənnəsin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq".