Müğənni Doğuşun oğlu olduğunu deyən Seyid adlı türkiyəli gənc yenidən gündəmə gəlib.
Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Xoşqədəm Hidayətqızının DNT testinin nəticələrini dəyişdirtdiyini iddia edib.
Bu barədə məlumatı müğənni, yazıçı Onur Akay yayıb.
Məlumata görə, 22 yaşlı gənc Azərbaycanda verilən qan və saç testinin nəticəsinə inanmadığını bildirib və testin Türkiyədəki xəstəxanalardan birində təkrarlanmasını tələb edib:
“Xoşqədəm Hidayətqızı DNT testinin nəticələrini dəyişdirib. Oradakı DNT nəticəsini qəbul etmirəm. Testl’rin Türkiyənin xəstəxanalarından birində təkrarlanmasını tələb edirəm. Atamın Doğuş olduğundan əminəm”.
Türkiyə mediasının yazdığına görə, bu durum 8 ildir evli olan Xoşqədəm-Doğuş cütlüyü arasında gərginliyə səbəb olub və müğənni Türkiyədə DNT testi verməyə razılaşıb.
Xatırladaq ki, müğənni və oğlu olduğunu iddia edən Seyidin Azərbaycanda verdiyi testin nəticəsi 7 yanvarda açıqlanıb. Nəticəyə görə, Doğuş ilə Seyid arasında 99,99% nisbətində heç bir əlaqənin olmadığı ortaya çıxıb. Lakin elə həmin vaxt müğənni instagram hesabında vido paylaşıb. Xoşqədəm Hidayətqızını videoya etiketləyərək DNT testinin hələ də tam yekunlaşmadığını və nəticəni gözlədiklərini bildirib.
Bundan başqa məşhur müğənni yanvarın 4-də Beyaz TV-də yayımlanan “Söyləməsəm olmaz” verilişinə telefonla qatılaraq Seyidi mənəvi oğlu olaraq qəbul edə biləcəyini qeyd edib: “Xəbəri kədərlə oxudum. Hazırda həyat yoldaşım Xoşqədəm xanım və uşaqlarımla Dubayda tətildəyik. Atası olduğumu iddia edən gənci tanıyıram. O, həyat yoldaşımın Azərbaycanda yayımlanan verilişinə də qatılıb. Fenomendir. Seyid adı ilə tanınır. Verilişdə də atası olduğumu iddia etdi. Bir az bənzərlik var, amma bu, mümkün deyil. Xəbərdən sonra birbaşa DNT testi verdim və nəticəyə tam əminəm. Onu mənəvi oğlum kimi qəbul edə bilərəm, bundan o tərəfi mənə və ailəmə zərər vurar. Minlərlə uşaq oxuduram, onlar da mənim övladım kimidirlər. Prosesin necə davam edəcəyi mənə də sizin kimi maraqlıdır”.
Qeyd edək ki, Doğuş-Xoşqədəm cütlüyü 2014-cü ildə ailə qurub. Onların Arda və Arın adlı ekiz oğul övladları var. (savash.org)