6542a10b334e2202311230339
Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla dini nikaha girib - ŞOK VİDEO

Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqramda şok iddia səslənib.

Lent.az-ın xəbərinə görə, proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş.
Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib.
Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. 
Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş.
Əsra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların "ailə tablosu" çərçivəsində birgə apardıqları verilişləri də var.

Doğuş öz instagram səhifədində bir neçə gün öncə evliliklərinin 9 illiyi ilə bağlı status paylaşıb.

Xoşqədəm isə sosial media hesabındakı son paylaşımında uşaq tərbiyəsindən, uşaqları "marka takıntısından" uzaq tutub, ailə bağlarına sadiqlik aşılamaqla bağlı məsləhət verib.

01.11.2023 21:03
show 7761