65ae2de465441202401245708
Doğuş Xoşqədəmə bunu şərt qoyubmuş - "Biz nə qədər ki, birlikdəyik..." - VİDEO

Türk müğənni Doğuş növbəti açıqlaması ilə diqqət çəkib. 

Qlobal.net olay-a istinadən bildirir ki, sənətçi xanımı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə birgə apardığı "Günaydın, Azərbaycan" verilişindən danışıb.

İfaçı məhz həmin proqramda deyib ki, öz sevdiyi qonaqları dəvət edir: "Qonaqları mən çağırıram. İclaslarım nəticə verir. Biz nə qədər ki, birlikdəyik, həmişə reytinqimiz zirvədə olacaq. Nəticədə mən də dünyanın bir çox yerində konsert verən tanınmış simayam. Bu poqramı da sevdiyim üçün ailəmin və sənin yanındayam. Ona görə mənim sevdiyim, qulağıma, gözümə xitab edən sənətkarları dəvət etmək istəyirəm. Dedim ki, o şərtlə ikinci sezonda varam, yoxsa gəlmərəm. Mən çağırıram, çox da rahatam".

X. Hidayətqızı isə həyat yoldaşının fikirləri ilə bağlı bunları söyləyib: "Doğuş dedi ki, bir şərtlə "Günaydın, Azərbaycan"da olaram ki, qonaq çağırmağıma etiraz etməyəcəksən. Kimi istəyirəm, çağıracam. Ondan sonra gördüm ki, Doğuş da reytinqə işləyirmiş".


22.01.2024 12:55
show 4984