41 yaşlı Sarah Davies qızı Avayı dodağındakı boya ilə yanağından öpüb, amma gözlənilməz nəticə ilə qarşılaşıb. Kiçik Avanın yanağında yanıq və qırmızı ləkə qalıb.
Qlobal.net bildirir ki, Davies, “Məhsulu su ilə yuduqdan sonra dərhal aptekə getdik. Həmin anda qızardı. Tropikal bir yanma kimi idi. Dodaq izini gördüm və bunun nə olduğunu anladım,” deyib.
Məhsulun dodaqdan
başqa heç bir yerə tətbiq olunmaması və uşaqlardan uzaq tutulması lazım olduğu
bildirən Davies, “Bir dəqiqə içində toxunulduğunda isti idi, yanırdı. Şişəcəyindən
əmin deyildim, əgər yeni doğulmuş bir körpə olsaydı, çox pis ola bilərdi. Mən
bunu edə bilərəmsə, hər kəs edə bilər, bir daha istifadə etməyəcəyəm,” dedi.
Səbinə
Qlobal.net