DİQQƏT! Sürücülük vəsiqələrində bu dəyişikliklər olacaq

Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib. Belə ki, artıq vəsiqələrin üzərində “eynək” işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir. Yeni nəsil sürücülük vəsiqələri ötən həftədən etibarən verilməyə başlayıb.
Bəs görəsən, yaxın gələcəkdə sürücülük vəsiqələrinin verilməsində daha hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı  danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, vəsiqələrin verilməsi və istismarında müşahidə olunan bəzi boşluqlar səbəbindən müəyyən dəyişikliklər edilə bilər: “Sürücülük vəsiqələrinin verilməsi, qanuna əlavələrin və dəyişikliklərin edilməsi birbaşa olaraq bu sahədə olan neqativ halların aradan qaldırılmasına hesablanıb. Misal üçün, bu gün sürücülük vəsiqəsinin verilməsində və istismarında əsas məsuliyyətlərdən biri də, vəsiqədən istifadə zamanı baş verən və ya baş verəcək neqativlərin qarşısının alınmasıdır. Ümumiyyətlə, sürücülük vəsiqəsinin istifadə edilməsində mümkün qədər qanunun tətbiqinin aliliyi, o cümlədən, daha çox resurslara hesablanan istifadə olmalıdır. Yəni sürücülük vəsiqəsində qanuni boşluğun olmaması üçün xüsusən vəsiqədə müəyyən istifadə qaydalarının tətbiqi, rüşvət və digər neqativ hallara yol verilməməsi üçün nəzərə çarpan boşluqlar əlavə və dəyişikliklərlə tənzimlənməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button