24.05.2021
12:34
90

DİQQƏT: Ermənistanın ən çox qorxduğu şeylər baş verir

Loading...

Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadiyyat üzrə eksperti Akop Köçəryan deyib.

“Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır.

Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar. Söhbət 241 milyon dollardan gedir”, - deyə ekspert qeyd edir.


Loading...