həbs
Diplomat 20 min avro rüşvət alarkən SAXLANILDI - VİDEO

Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankının (IMEC) diplomatik statusu olan əməkdaşı Malqorzata Evapri Bokşnayderi 20 min avro məbləğində rüşvət alarkən saxlayıb.

Noyabrın 16-da FSB tərəfindən yayımlanan məlumatda Polşa vətəndaşı olan Bokşnayder Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə spirtli içkilərin gətirilməsi sxeminin də iştirakçısı olub.

Ona köçürülən pul müqabilində o, Rusiyaya spirtli içki gətirərkən gömrük rüsumundan azad olan sənədlərin də hazırlayacağını vəd edib.

İstintaq zamanı Bokşnayderin Rusiya vətəndaşı olan 3 şərikinin kimliyi müəyyən edilib. Müstəntiqlər həmçinin qaçaqmal spirti olan anbarı da aşkarlayıblar.

Faktla bağlı “Markalanmadan və (və ya) məlumat olmadan malların və məhsulların istehsalı, əldə edilməsi, saxlanması, daşınması və ya satılması” maddəsi ilə cinayət işi başlanıb.

Bokşnayder 1 həftə ərzində deportasiya olaraq ölkəni tərk etməlidir. (azmedia.az)


16.11.2022 15:20
show 1057