"Cübbeli Ahmet Hoca" kimi tanınan Ahmet Mahmut Ünlünün Mauro İkardi barədə fikirlər Türkiyə idman ictimaiyyətinin gündəm mövzusuna çevrilib.
Qlobal.net Offsideplus.az-a istinadla xəbər verir ki, "Habertürk TV" məlumat yayıb. Din xadimi bunları söyləyib: "İkardi müsəlman olsaydı, tamamilə günahsız olardı. İslam keçmişi kəsər. Kafir olduğu üçün əbədi cəhənnəmə gedəcək. Qurana, peyğəmbərə və Allaha iman gətirməyən insan əməlinin mükafatını almaz".
Qeyd edək ki, argentinalı ulduz 2022-ci ildən İstanbul klubunun şərəfini qoruyur.