"İctimai TV"də yayımlanan "Maska" verilişinin televiziyada yox, sosial şəbəkədə yayımlanan hissələri izləmişəm. Hələ ən yaxşı hissələri yəni... Müsbət tərəfləri öz yerində. Həqiqətən, proqram yaxşı hazırlanır, maskalardan tutmuş çıxışlara qədər... İki məqam ürəyimcə olmadı".
Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı İradə İsak İTV-də efirə gedən "Maska" şousu ilə bağlı yazıb. O, yarışmada münsif kürsüsündə oturan Nigar Camalı tənqid edib: "Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur.
Bununla yanaşı, iştirakçıların yeri gəldi-gəlmədi, bu şounu keçirdiyi üçün İTV-ni, verilişi tərifləməsi, "Bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə qeyd etməsi çox sünilik yaradır. Bu əziklikdən qurtulmaq lazımdır. "Maska" nə İTV-nin layihəsidir, nə də burada qeyri-adi nəsə yoxdur. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırırlar. Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acun İlıcalıya təşəkkür edən bir münsif görmədim. Yəni artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır".
İ.İsak bildirib ki, Nigarın yerinə münsif kürsüsünə Əməkdar artist Teymur Əmrah gətirilməsi daha yaxşı olardı: "Orada da ən doğru münsif olaraq Murad Arifi görürəm. Nigar Camalın yerinə isə kimi görürsünüzsə, təbii, Azərbaycan və dünya musiqisini bilən, başı çıxan birinin namizədliyini yaza bilərsiniz. Mənə də maraqlı olar. Mən Teymur Əmrah olaraq düşündüm. Həm də adamın şou tərəfləri də var. Maraqlı fikirləri var".
Qeyd edək ki, "Maska" şousunda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Murad Arif və Nigar Camal yer alıblar.