17.01.2021
20:51
0

Dilavər Əzimlinin vəziyyəti ilk günlərdən nisbətən yaxşıdır

Loading...


“Tarixçi-alim Dilavər Əzimli hələ də Zığdakı modul tipli klinikadadır”. 


Qlobal.net Sherg.az-a istinadən xəbər verir ki, bu barədə alimin səhhəti ilə bağlı türkoloq-alim, BAO üzvü Faiq Ələkbərli açıqlama verib


O bildirib ki, Dilavər Əzimlinin vəziyyəti ilk günlərdən nisbətən yaxşıdır: 


“Hələ də EKMO – süni nəfəs aparatına qoşulu durumdadır. Aparatdan kənar nəfəs almaqda çətinlik çəkir. Həkimlərin ciddi nəzarəti altındadır. Səhhətində müəyyən irəliləyiş var. Ciyərlərin təmizlənmə prosesində də müsbətə doğru dəyişiklik olduğu deyilir. Müraciətlərimizdən sonra Dilavər müəllimə klinikada yüksək səviyyədə baxılır. Ümid edirik, yaxın günlərdə səhhəti tamamilə normallaşacaq”.

Loading...