64b8076bc956e202307235523
Dilarə Zəmzəm suyunu mikroskopla araşdırdı - Ortaya çıxan görüntü təəccübləndirdi - VİDEO

YouTube-da türkiyəli genetika mühəndisinin apardığı təcrübə sosial mediada böyük marağa səbəb olub.

Qlobal.net Trend-ə istinadən bildirir ki, Dilarə Sarı adlı genetika mühəndisi zəmzəm suyunu mikroskopla incələdikdən sonra nəticələrin möhtəşəm olduğunu dilə gətirib.

"Zəmzəm suyunu buxarlandırdım və nəticədə bu möhtəşəm kristalları əldə etdim. Zəmzəm suyu mineral baxımından çox zəngindir. Tərkibində xüsusən maqnezium, kalsium, sodium və kalium mövcuddur. Hətta mineral sularla müqayisədə zəmzəm suyunda orta hesabla 10 dəfə artıq mineral mövcuddur. Həm dəri, həm də orqanlar üçün ciddi mənada faydalıdır. Görüntü məni həqiqətən valeh etdi", - o deyib.


19.07.2023 19:55
show 844