645239e9576f5202305233937
Dilarə Əliyeva "SOY" prodakşnın rəhbəri oldu - FOTO

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi. 

Qlobal.net xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır. 

O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır. 

Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.

 

03.05.2023 14:39
show 922