6541de2e0d193202311231214
Dilan Polat və həyat yoldaşı saxlanıldı - FOTO/VİDEO

Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat saxlanılıb.

Polat cütlüyündən başqa, ailə üzvləri də daxil olmaqla bir çox şübhəli şəxs nəzarətə alınaraq sağlamlıq yoxlamasından keçirildikdən sonra polis bölməsinə aparılıb.

Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması, Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb.

Şirkətlərində aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar ələ keçirilib. (baku.vs)


01.11.2023 09:11
show 6911