63e09f3597e78202302233325

Deputatın ailəsi dağıntılar altında qaldı - FOTO

Türkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub.

Metbuat.az Sabah-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb.

"İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə deputat məlumat yayıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Hazırda xilasetmə işləri davam etdirilir.

Son dakika: Kahramanmaraş’ta 7.4’lük deprem! AK Partili Hüseyin Yayman: İki abim, eşleri, ablam, eniştem, çocukları enkazın altında

06.02.2023 10:31
show 550