qüdrət həsənquliyev
Deputatdan SENSASİON TƏKLİF: Ölkəmizin adı dəyişdirilsin

Azərbaycanın adının dəyişdirilməsi təklif olunub.

Qlobal.net xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdırNecə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat təklif irəli sürüb. (yenilik.az)
29.11.2022 13:50
224