Deputatdan SENSASİON TƏKLİF: Ölkəmizin adı dəyişdirilsin
Azərbaycanın adının dəyişdirilməsi təklif olunub.
Qlobal.net xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Azərbaycanda
yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv
Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından
imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır
. Necə
ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun.
Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də
Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat təklif irəli sürüb. (yenilik.az)