6690bf596407f202407243001
Deputat türk seriallarını təhqir etdi: "Bu kababçılar birdən-birə yaxşı aktyor olduqlarına qərar verdilər"

Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyada türk seriallarını qadağan etməyə çağırıb.

Qlobal.net axşam.az-a istinadən bildirir ki, Milonov yerli kanallardan birinə açıqlamasında türk seriallarını "tamamilə zibil" adlandırıb. Onun fikrincə, belə seriallar reallığa uyğun gəlməyən həyatı göstərir.

"Bu kababçılar birdən-birə yaxşı aktyor olduqlarına qərar verdilər. Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur, hamısı tamamilə istedadsız, ucuz oğrulardır" deyə, siyasətçi türkiyəli aktyorları təhqir edib.

Milonov bildirib ki, bu cür ekran işləri qadınların düşüncəsində saxta ideal kişi obrazı yaradır.

12.07.2024 09:26
show 356