manat
Deputat ETİRAZ ETDİ: “Müharibə veteranına 80 manat vermək gülüncdür”

"Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyon manata yaxın ehtiyat var, üç milyonu xərclənib, 53 milyonu qalıb. Bu qalığı saxlamaqda məqsədiniz nədir?!"

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deyib.

“Müharibə veteranına 80 manat vermək gülüncdür” -  ETİRAZ


"Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırın, 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın. Ayıbdır. Müharibə veteranına 80 manat vermək gülüncdür", - deyə parlamentari vurğulayıb.

27.05.2024 16:02
show 162