Deputat Aydın Hüseynov statusu ilə gülüş hədəfinə çevrildi - FOTO
Milli Məclisin Qaradağdan təmsil olunan deputatı Aydın Hüseynov üç cümləlik feysbuk statusunda onlarla səhvə yol verib.
Deputatın
öz profilində Qaradağ rayonunun Ələt qəsəbəsində keçirilən görüşdən
paylaşdığı statusu sosial şəbəkələrdə gülüşə səbəb olub.
Sosial
şəbəkələrdə deputat Aydın Hüseynovun da statusunun həmkarları kimi
sürücüsü tərəfindən yazıldığı barədə iddialar ortaya atılıb.
Statusun
yazılmasından təqribən 7 saat vaxt keçməsinə baxmayaraq, hələ də yol
verilən ciddi hərf və cümlə səhvləri aradan qaldırılmayıb.