Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.
Qlobal.net konkret.az-a istinadən xəbər
verir ki, deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə
edib.
Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.