Vahid Əhmədov
Deputat AÇIQLAMA VERDİ: "Vəziyyət gərgin olacaq”

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.  

Qlobal.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.  

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, - deyə o əlavə edib. (Oxu.Az)

29.09.2022 14:42
4117