669dd44a7eb49202407243850
Dənizdə batan Nicatın toyu olacaqdı: Nişanlısı da bloqerdir - FOTO

Bilgəh çimərliyində boğularaq ölən Nicat nişanlı imiş.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, mərhum Nicat Elman oğlu Alıxanlı Aytac adlı xanımla bu ilin aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyları olacaqmış. Aytac xanım bloqerlik fəaliyyəti ilə məşğul olur.

Qeyd edək ki, iyulun 21-də Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

2003-cü il təvəllüdlü Nicat Elman oğlu Alıxanlı və dostu dənizdə boğularaq ölüblər.

22.07.2024 07:37
show 739