66c6ab3098bdc202408240624
Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş - VİDEO

Pirşağıda dənizdə batan şəxslə bağlı bəzi detallar məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanov avqustun 19-u ailəsi ilə istirahət məqsədilə Pirşağı çimərliyinə gedib. Ailəsi onun itkin düşdüyünü axşamüstü öyrənib və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat veriblər.

Qeyd edək ki, Kənan Qurbanov subay olub və skripka ifaçısı idi.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.


22.08.2024 07:22
show 203