photo_44034266
Dənizdə batan 2 bacının FOTOLARI

Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində iki bacı boğulub.

Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə 15 yaşı olub.

Böyük bacının meyiti artıq dənizdən çıxarılıb, balaca bacının axtarışları hələ davam edir.

Qeyd edək ki, Aysel bu il yüksək balla universitetə qəbul olubmuş. Onların atası hərbçi, anası evdar qadındır. Ailə 4 nəfərdən ibarət olub. 





20.07.2022 23:30
show 231