Dəmir yolunda maaşla işləyən meymun və sahibinin qəmli hekayəsi…

XIX əsrin sonlarında Cənubi Afrikada çox maraqlı və inanılmaz bir hadisə baş verib.
Babuin növündən olan meymun uzun illər dəmir yolunda siqnalçı kimi işləyib və bu işi mükəmməl yerinə yetirib.
Onun hekayəsi həm insan-heyvan dostluğunun, həm də qeyri-adi zəkanın simvoluna çevrilib.
Qlobal.net xatırladır ki, meymunun sahibi Ceyms Uayd adlı bir dəmir yolu işçisi idi. O, qatar hərəkətinə nəzarət edən növbətçi idi, lakin bir gün qatar qəzası nəticəsində ayaqlarını itirib və yerimə qabiliyyətini itirmişdi.
Uayd əlil qaldıqdan sonra işini davam etdirməkdə çətinlik çəkirdi. Günlərin birində o, bazardan bir babuin meymunu alır və adını Cek qoyur.
![]()
Əvvəllər Cek yalnız sahibinə ev işlərində və hərəkət etməkdə kömək edirdi. Lakin zamanla Uayd meymunu dəmir yolu siqnal sisteminə öyrətməyə başlayır. Qısa müddətdə Cek bütün siqnal mexanizmini anlayır və özü müstəqil şəkildə işləməyə başlayır.
Meymun qatar gələndə fit səsini eşidib, siqnal çubuqlarını doğru istiqamətə çəkir, hətta qatar nömrələrini də ayırd edə bilirdi. O qədər dəqiqliklə işləyirdi ki, dəmir yolu rəhbərliyi əvvəlcə inanmasa da, sonradan onun işini izləyib təəccüblənir və rəsmi şəkildə Ceki işçi kimi qeydiyyata alır.
Onun maaşı hər gün üçün yarım şillinq və həftədə bir pivə payı idi. Nəticədə Cek 9 il boyunca heç bir səhv etmədən işləyir. Bütün işçilər və qatar sürücüləri ona hörmətlə yanaşırdı.

1887-ci ildə meymun Cek vəfat etdi. O, Cənubi Afrika dəmir yolu tarixində ilk və yeganə “rəsmi meymun işçi” kimi yadda qaldı. Bu gün də onun hekayəsi “Dəmir yolunda işləyən meymun Cek” adı ilə dünyada ən maraqlı və real hadisələrdən biri kimi xatırlanır.
Bunu da OXU: Kəşfi ilə yüz minlərlə qadının həyatını xilas edən həkim – Onu niyə döyərək öldürdülər?
Tofiq Əli
Qlobal.net



