656ac59646aed202312235014
Dekabrın xoşbəxt bürcləri – Hər şeydə bəxtləri gətirəcək

Astroloqlar 2023-cü ilin son ayında hansı bürclərin çox şanslı olacağını açıqlayıb.

Lent.az xarici medaya istinadən xoşbəxt 3 bürcü təqdim edir.

Xərçəng

Xərçənglər üçün bu ay çox yaxşı bir vaxtdır. Onlar hər hansı lotereya oyunlarında qalib gələ bilər. Həmçinin, sevgidə də onların şansları gətirəcək. Ümumiyyətlə, dekabr ayı xərçənglərə xoş hədiyyələr vəd edir. Ancaq sağlamlıq baxımından daha diqqətli olmalısınız. Bir növ kəskin respirator xəstəliyinə tutulma riski var.

Balıq

Balıqlar uzun səfərlərdə və səyahətlərdə şanslı olacaq. Onlar yeni təhsil və təkmilləşdirmə kurslarına getmə şansı əldə edə bilərsiniz. Bununla da gələcək planlarınız üçün bu addım başlanğıc ola bilər. Əgər əvvəllər xarici dil öyrənməyə başlamısınızsa, ilin sona ayı buna davam etmək üçün əla zamandır.  

Şir

Şirlərin həyatında da bu ay möhtəşəm yeniliklər olacaq. Xüsusən də sevgi münasibətlərdə... Onların cinsi həyatında da hər şey qaydasında davam edəcək.

Onlar yaradıcılıqda da uğur qazanacaq. Bunlardan əlavə, iş həyatlarında isə onla vəzifə yüksəlişləri gözləyir. Şirlər daha yüksək maaşlı işə və ya vəzifəyə keçə bilərlər.

02.12.2023 09:48
2451