İnsanları ən çox maraqlandıran suallardan biri də dekabrın 28 və 29-da dərslərin olub-olmayacağı ilə bağlıdır.
Qlobal.net xəbər verir ki, Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərarına əsasən, beş və altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. Beləliklə, beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.
Murad
Qlobal.net