6368a2b61b5b0202211221622
Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb. 

Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. 

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.(report)

07.11.2022 10:14
show 2841