Xəbər verdiyimiz kimi dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə nəticəsində Salyanda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.
Qəzaya düşən avtomobildən bir uşaq sağ çıxarılıb.
Qlobal.net azxeber.com-a istinadən qəza zamanı həyatını itirən xanım və övladlarının fotosunu təqdim edir: