645493d901937202305232753
Dəhşətli qəzada faciəvi şəkildə dünyasın dəyişən azərbaycanlı məşhur müğənninin MƏZAR DAŞI - FOTO

Ötən il avtomobil qəzasında dünyasın dəyişən Aslan Hüseynovun faciəvi ölümü ilə hələ də barışmayan sənət yoldaşları var.

Mərhum müğənninin həmkar Sevda Kazımova ölümünün ikinci ili ilə bağlı məzarını ziyarət etdiyi Aslanla bağlı qeyd edib: "Mənim istəkli, unudulmaz Asalanım. Artıq 2 ildir ki, bizi tərk edib getdin bu fani dünyadan. Sənsiz o qeder darıxdırıcıdır ki, bliəsən. Arzuları yarımçıq qalan Aslanım, Allah sənə qəni-qəni rəhmət eləsin, yerini cənnət eləsin Allahım. Ruhun bu fani dünyanı çox yaxşı görür, bilirəm. Mən o dünyaya inanıram, bu dünyanın adı faniymiş".

Xatırladaq ki, anasının 7 mərasimindən qayıdanda Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil "Kamaz"la toqquşaraq ağır yol qəzası törədib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müğənni 55 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunub. (Milli.az)


screenshot_2023-05-05_071333


05.05.2023 09:34
show 10252