photo_23600508

Dəhşətli qətlin təfərrüatları

Ağstafada arvadının baltaladığı kişi vəzifəli şəxsin oğludur.

Ağstafa rayonunda qadın həyat yoldaşını qətlə yetirib. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Aynur Abdullayeva həyat yoldaşı Qazax rayon sakini 38 yaşlı Elvin Abdullayevi qətlə yetirib. Qadın əri yatarkən balta ilə onun boyun nahiyəsinə zərbə endirərək qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, Elvin Abdullayevi qətlə yetirdiyini etiraf edib. O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranan mübahisədən sonra törətdiyini bildirib. Qonşuların bildirdiyinə görə, Elvin spirtli içki aludəçisi olub.


Qonşusu Ramin Qafarov deyir ki, o qız bizim yanımızda yekəlib: “İndiyə qədər heç bir problemi olmayıb. İki uşaqları olub. Səhər ertə yas yerində eşitdik. Hə içən adam idi. İçkiyə meylli idi. Elə nə vaxt baxırdın içkili olurdu”.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


DİN-in əməkdaşı Eşqin Qasımov hadisə haqqında məlumat verib: “Hadisə ilə əlaqədar olaraq həm Ağstafa rayon polis şöbəsinin əməkdaşları, həm rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Hazırda Ağstafa rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.”


Qeyd edək ki, qətlə yetirilən Elvin Abdullayevin atası Mübariz Abdullayev Dövlət Sığorta agentliyin Qazax filialının direktorudur. Cütlüyün iki qız övladları da var.

04.01.2022 21:52
show 295