677777bf92077202501253807

Dəhşətli qətliam törədən İŞİD-çi barədə ŞOK MƏLUMAT - Hücumdan əvvəl ailəsinə...

Yeni il günü Nyu Orleanda törədilən dəhşətli hücumunun arxasında duran terrorçu barədə şok məlumatlar yayılıb.

Qlobal.net bildirir ki, o, yük maşını ilə Burbon küçəsində insanların izdihamı üzərinə sürmədən və azı 14 nəfəri öldürməzdən əvvəl İŞİD-ə dəstək verdiyini vəd edən videoları internetdə yayımlayıb.

FTB-nin Terrorla Mübarizə Şöbəsinin direktor müavini Kristofer Rayanın sözlərinə görə, Yeni il gecəsi Texasdakı evindən Luiziana ştatına gedən 42 yaşlı Şəmsuddin Cabbar sosial şəbəkədəki izləyicilərinə qəddar planı və radikal düşüncəsi haqqında danışıb. Rayanın sözlərinə görə, hücumdan bir müddət əvvəl feysbukda yayımlanan bir sıra videolarda Cabbar əvvəlcə ailəsinə və dostlarına zərər verməyi planlaşdırdığını, lakin xəbər başlıqlarının “möminlər və dindarlar arasında müharibə haqqında” olmayacağından narahat olduqdan sonra fikrini dəyişdiyini bildirib.

“Bu, terror aktı idi. Bu, əvvəlcədən düşünülmüş bir hərəkət idi”, - deyən Rayan Cabbarın təkbaşına hərəkət etdiyini bildirib.

Əlavə edib ki, o, yüz faiz İŞİD-dən ilhamlanıb.

Müstəntiqlər hesab edirlər ki, ordu veteranı Cabbar dekabrın 30-da Hyustonda ağ rəngli “Ford” markalı yük maşını icarəyə götürüb və səhərisi axşam Nyu Orleana gedib, orada da dəhşətli qətliam törədib. (musavat.com)

03.01.2025 09:35
show 396