640f034a9a80a202303230442

DƏHŞƏTLİ FAKTLAR: Azərbaycanlı kişi qızını və arvadını qumarda uduzdu, indi isə…

İstanbulda yaşayan azərbaycanlı ailələrdə 11 uşaq evdə doğulduğu üçün heç bir sənəd ala bilmir. Belə ailələrdən biri də əslən Naxçıvandandır”.

Qlobal.net Ovqat.com-a istinadən xəbər verir ki, Seyidov soyadı daşıyan bu ailənin 3 uşağı və 1 nəvəsi var.

Ailənin başçısı Seyidova Səbinə Mirəziz qızıdır. Onun böyük qızı Seyidova Zeynəb 2003-cü ilin 20 yanvarında anadan olub və hazırda bir onun da bir övladı var. Ailənin digər fərdləri:

1. Seyidov Əli Faiq oğlu (07.03.2006)

2. Seyidov Uğur Faiq oğlu (15.07.2009)

Seyidovlar ailəsinin ən böyük problemi atanın öz övladlarına sahib çıxmamasıdır. Səbəb isə tükürpədicidi. Sən demə, ata bir neçə il əvvəl öz yoldaşını və qızını bir qonşu kəndlilərinə qumarda 800 dollara uduzub. Ailənin yeni “sahibi” udduqlarını  qabağına qatıb öz “təsərrüfat”ına aparmaq istəyəndə ana və qız haray-həşir salıb, səsə qonşular çıxıb və qumarbazları məhəllədən qovublar. Mərəkəyə polislər gəlib. Türk polisi ailəsini qumarda uduzan Faiq Seyidovu Naxçıvana deportasiya edib. Hazırda ata anadan olduğu kənddə yaşayır (Kəndin adını Faiq Seyidovu tam ifşa etmənək üçün bilərəkdən yazmırıq. Əlaqədar qurumlar maraqlansalar, onun kimliyini və faktı sübut edən sənədləri rəsmi orqanlara təqdim edə bilərik).

Ailənin atası Faiq Seyidov isə arvadının və qızının bu “asiliyinə” əsəbləşib indi uşaqlarının ona məxsus olmasını qəbul etmir. Atalığının qəbul olunması müqabilində hər uşaq üçün 5 min TL pul istəyir. Görünür, uduzduğu qumar pulunu ailədən almaqla qapatmaq istəyir. Ailənin isə bu pulu verməyə gücü çatmır.

 

Kəbutər Haqverdi

Faktı dəqiqləşdirmək üçün hazırda İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlı Yazarlar ve Medya Dərnəyinin “Femigrant” qadın haqları platformasının rəhbəri Kəbutər Haqverdi ilə əlaqə saxladıq. İstanbulda yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə məşğul olan Kəbutər xanım faktı doğruladı. Onun sözlərinə görə, ailənin atası uşaqların ondan dünyaya gəlmədiyini bəhanə gətirir. “Femigrant” qadın haqları platforması isə Faiq Seyidova DNA testi verməsini təklif edir. Ata bu təklifi də qəbul etmir:

“Türkiyənin qanunvericiliyinə görə, uşaqlara sənəd verilməsi üçün mütləq onunların atası bilinməlidir. Ata isə övladlarına sahib çıxmaq istəmədiyindən uşaqlara hər hansı sənəd almaq mümkün deyil”.

Məlumata görə, ailənin qızı Seyidova Zeynəb sənədsiz olduğu üçün bir neçə il əvvəl nigahsız ailə qurub. Bu izdivacdan onun bir uşağı dünyaya gəlib. İndi o uşağa da sənəd almaq mümkün deyil.

Kəbutər Haqverdinin sözlərinə görə, ailənin atası özünü Naxçıvan Muxtar Respublikasının İdman və Turizm nazirinin qardaşı kimi təqdim edir və heç kimin ona bata bilməyəcəyini bildirir. Araşdırmamız nəticəsində Naxçıvan MR-nin İdman və Turizm nazirləri arasında Seyidov familiyalı birinin olmadığını müəyyənləşdirdik. Belə görünür ki, ailəsini qumarda uduzan bu şəxs özünü qorumaq üçün nazir qardaşı olduğu barədə yalan uydurub.

Dünya Azərbaycanlı Yazarlar ve Medya Dərnəyinin “Femigrant” qadın haqları platforması Seyidovlar ailəsinin necə qeydiyyata alınmasının yollarını axtarırır və Naxçıvan hakimiyyətindən onlara köməklik göstərməsini xahiş edir.

13.03.2023 15:04
show 3536