xəstəxana
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...

27 yaşlı gənc intihar etməzdən əvvəl həyat yoldaşını və 7 qohumunu öldürüb.

Publika.az "The Times of India"ua istinadla xəbər verir ki, hadisə Hindistanda baş verib.

Təcavüzkar qurbanlarını yuxuda balta ilə öldürüb. Ölənlər arasında qatilin həyat yoldaşı, anası və üç azyaşlı da var.

Cinayətin nədən qaynaqlandığı məlum deyil. Təqsirləndirilən şəxsin psixi vəziyyətinin stabil olmadığı bildirilir.

Bütün ailə istidən yaxınlıqdakı evlərdə yaşayıblar və küçədə yatıblar. O, hamının yuxuya getməsini gözlədikdən sonra baltanı götürərək soyuqqanlılıqla ailəsini - əvvəlcə 23 yaşlı həyat yoldaşını, sonra 55 yaşlı anasını, 16 yaşlı bacısını, böyük qardaşını, arvadını və üç uşağını qətlə yetirib. Ən kiçik uşağın 1,5 yaşı olub.

Bundan sonra cinayətkar intihar edib. Digər bir uşaq isə hücumdan sağ çıxıb və xəstəxanaya yerləşdirilib.

03.06.2024 07:00
show 2033