Türkiyənin Sakarya şəhərində 13-17 yaş arası bir qrup qız həmyaşıdlarını döyərək saçlarından sürüyüblər.
Qlobal.net xəbər verir ki, gənc qızlar sözügedən hadisənin görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıblar.
Hadisə zamanı döyülən gənc qızın ailəsi polisə şikayət edib. Yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Polis hadisə ilə bağlı araşdırma aparır. İşin istintaqı davam etdirilir. (musavat.com)