Azərbaycanda dəfn müavinəti vəfat edən şəxsin dəfn xərclərinin qismən ödənməsi üçün ailəsinə və ya dəfni təşkil edən şəxsə verilən birdəfəlik sosial yardımdır.
Qlobal.net xəbər verir ki, bu müavinət sosial təminat tədbirlərindən biridir və müvafiq qanunvericiliyə əsasən müəyyən edilir.
Dəfn müavinəti adətən aşağıdakı hallarda verilir:
Dəfn müavinəti məbləği Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il yenilənə bilər.
Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə - 500 manat, Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin (01.02.2023 tarixindən 280 manat) 3 misli məbləğində - 840 manat - müavinət verilir.
Müavinəti almaq üçün, ümumiyyətlə, aşağıdakı sənədlər tələb olunur:
Dəfn müavinəti almaq üçün müraciət yaxın sosial təminat və ya dövlət xidmət mərkəzlərinə edilə bilər.