Artıq köhnə kişilər yoxdur. Mən də özümü o siyahıda görmürəm. Onlar başqa duruşun, əqidənin, düşüncənin sahibi idilər. Qazaxın ucqar kəndində çobanlıq edənin də, Elmlər Akademiyasında çalışanın da köhnəliyi üst-üstə düşə bilirdi. İndi köhnə düşüncəli kişilər var. Mən də bəzi məqamlarda köhnə, bəzilərində yenifikirli oluram".
Qlobal.net xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qapqara" yutub layihəsində danışıb.
Müğənni müasir görünüşlü olsa da, köhnəfikirli olduğunu bildirib:
"Bir dostum var, rus məktəbini bitirib, şəhər uşağıdır. Deyir, iki üç dost oturmuşduq. Danışdıq ki, gedirik plyaja. Dedim, mən getmirəm, istəmirəm. Dedilər, niyə? Cavab verdim ki, istəmirəm arvadım sənin qarşında soyunsun. Mən də belə müasir görünüşlü köhnə kişilərdənəm".
Qadınlardan danışan V.Məhərrəmli "Qadın kişi kimi olmamalıdır. Qadın zərif, incə olmalıdır. Kişi xarakteri içində olan qadın olmalıdır: sözüdüz, sözünü tutan. Amma qoyun, kişi kimi qadınların sayı çoxalsın. Nəyin ki, qadın kimi olan kişilərin" sözlərini əlavə edib.
Müğənni efirdə olan ifaçılardan söz açıb: "İnsanlar bizim sahədən olduğu kimi görsənməyən, maskalananları çox sevirlər. Onların ağzından söyüş düşmür, həyat tərzləri ürək açan deyil, amma nədənsə efirdə özlərini "mələk" kimi göstərə bilirlər. Sən xalqa müraciət edib, sorğu keçirtsən 100 nəfərdən 80-ni onun adını çəkəcək. Deyəcəklər ki, o adam mənim gözümdə mələkdir". (Axşam.az)