photo_16404581
Daşkəsəndə qayınatasının qətlə yetirdiyi qadınla bağlı ŞOK FAKTLAR

Daşkəsən rayonunun Bayan kəndində qadının qayınatası tərəfindən qətlə yetirilməsinin bəzi məqamları bəlli olub.

Qlobal.net Oxu.Az-a istinadən xəbər verir ki, Nəzakət Həsənova ilə qayınatasının mülk üstündə davası olub:

“Onlar Bakıda kirayədə yaşayırdılar. Əri tikinti şirkətində fəhlə işləyirdi. Tez-tez də kəndə gəlib-gedirdilər. Bu dəfə sənədlərini düzəltmək üçün gəliblərmiş. Hadisə baş verən vaxt gəlinin yoldaşı küçədə kəndlilərlə söhbət edirmiş. Həmin vaxt Məhəmmədəli Mustafayev arvadına pul verib ki, gedib kartof alsın. O gedən kimi də gəlini bıçaqlayıb öldürüb. Aralarında həmişə mülk üstündə mübahisə yaşanırmış, gəlin evdən onlara da pay verilməsini istəyirmiş, kişi də razılıq vermirmiş”.

Bələdiyyə nümayəndəsi Məhəmmədəli Mustafayevin psixoloji problemləri olduğunu da vurğulayıb:

“Nəzakət İmişli rayonundandır. Həmin gün yoldaşıyla Bakıya qayıtmağa hazırlaşırmış. Amma kişi imkan vermədi. Dünən prokurorluq əməkdaşları gəldilər, istintaq aparıldı. Gəlinin yaxınları gəlib meyiti apardılar. Nəzakət Məhəmmədəlinin ikinci gəlini olub, yəni oğlu bundan əvvəl bir dəfə ailəli olub, amma kişi onları da ayırıb, məcburi boşadıb.

Məhəmmədəli Mustafayev gəlinini bıçaqlayandan sonra “102” “qaynar xətt”inə zəng edərək təslim olmaq istədiyini bildirib. Poçtun yanında polisin onu həbs eləməsini gözləyib. Kişinin psixoloji problemləri vardı, hətta deyəsən, bununla bağlı əlində sənədi də olub. Təxminən 10 il bundan əvvəl evdə öz arvadını bıçaqlayıb, oğluna şiddət göstərib. Həmin hadisəyə görə də həbs edilib. Azadlığa çıxandan sonra isə heç bir psixoloji dəstək almayıb. Bağda qoyun otarırdı, çobanlıq edirdi”.

23.08.2022 13:24
show 186