19.04.2021
12:09
130

Daşkəsəndə QANLI CİNAYƏT: Dayı bacısı qızını qaçıran gənci...

Loading...
Daşkəsən rayonunda bacısı qızını evlənmək məqsədi ilə qaçıran şəxsi qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Qasımov Bahadur Əli oğlu Ali Məhkəməyə müraciət edib.

Qlobal.net xəbər verir ki, onun müraciətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası mayın 11-nə təyin olunub.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Daşkəsən rayonu Almalı kənd sakini Asəf İsayev Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Sonra qızın valideynləri ora gedərək qızı geri qaytarıblar. Asəf İsayev isə onlara qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı, Rusiya vətəndaşı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla görüşüb, söhbət etmək istədiyini bildirib. Onlar görüşüblər, aralarında mübahisə düşüb və nəticədə B.Qasımov onu qətlə yetirib. Bir neçə gündən sonra B.Qasımov Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Sonra Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun icraatına verilib və məhkəmənin hökmü ilə Bahadur Qasımov 18 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan tərəflər Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib.

09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Teyyub Muxtarovun sədrliyi ilə appelyasiya şikayətinə baxılıb və Bahadur Qasımovun cəzası 1 il artırılaraq o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Loading...